Dünyanın möcüzələri
Dünyanın möcüzələri
== Herodota görə üç möcüzə ==
Bəlkə də ilk belə siyahı eramızdan əvvəl V əsrdə Herodot tərəfindən tərtib edilmişdir. Yazılarında "tarixin atası" antik zamanlarda İon mədəniyyətinin mərkəzi olan Samos adasının üç möcüzəsini sadalayır. Həmən möcüzələr bunlardır:
Evpalin tuneli (Samos akveduku) — (bir kilometr uzunluğunda su kəməri şəhəri təmiz su ilə təmin edirdi)
Adanın limanındakı damba — (sahilləri qorumaq üçün nəzərdə tutulmuşdur, günümüzə qədər qalmamışdır)
Heraion — Samos adasındakı Hera ilahəsinin məbədi
== Antik dünyanın yeddi möcüzəsi ==
Təqribən eramızdan əvvəl III əsrdə dünyanın yeddi möcüzəsindən ibarət klassik bir siyahı meydana gəldi:
Xeops ehramı (Cizə, bizim e.ə. 2550-ci il)
Semiramidanın asma bağları, (Babil, bizim e.ə. 600-cü il)
Olimpdə Zevsin heykəli, (Olimpiya, bizim e.ə. 435-ci il)
Artemida məbədi, (Efes, bizim e.ə. 550-ci il)
Halikarnas mavzoleyi, (Halikarnas, bizim e.ə. 351-ci il)
Rodoslu Koloss, (Rodos, bizim e.ə. 292–280-ci illər arası)
İsgəndəriyyə mayakı, (İsgəndəriyyə, bizim e.ə. III əsr)
== Müasir dünyanın yeddi möcüzəsi ==
2001-ci ildə qeyri-kommersiya təşkilatı New Open World Corporation tərəfindən dünyanın müasir yeddi möcüzəsini ortaya çıxarmaq üçün hazırlanmış bir layihə başladıldı.